Ru
14:15 / 01 May 2026

Qanundakı boşluqdan istifadə edib özünü kral elan etdi - FOTO

Qanundakı boşluqdan istifadə edib özünü kral elan etdi - FOTO
Eye

İsveçrədə 24 yaşlı şəxs qanunvericilikdəki boşluqdan istifadə edərək özünü “kral” elan edib və böyük bir ərazini heç bir ödəniş etmədən öz adına keçirib.

Bakupost.az xəbər verir ki, Jonas Lauviner adlı şəxs mülkiyyət sistemində “sahibsiz” kimi qeyd olunan torpaqları araşdıraraq ümumilikdə 117 min kvadratmetrlik ərazini əldə edib. Qanuna əsasən, belə torpaqlar üçün sadəcə rəsmi müraciət kifayət edir.

Onun nəzarətinə keçən ərazilər arasında yaşayış zonalarında istifadə olunan yollar da var. Bu isə yerli sakinlər və bələdiyyələr üçün ciddi problemlər yaradıb. Bildirilir ki, Lauviner həmin yolları istifadə edənlərdən “xidmət haqqı” tələb etməyə başlayıb.
Özünü “kral” kimi təqdim edən şəxs bu prosesi “qan tökmədən aparılan əməliyyat” adlandırıb. O, həmçinin ərazilər üzərində əlavə tikinti və keçid hüquqları üçün də ödəniş tələb edir.

Hadisə ölkədə böyük narazılığa səbəb olub. Yerli rəsmilər bu addımı qanunların sui-istifadəsi kimi qiymətləndirir və oxşar halların qarşısını almaq üçün yeni qaydalar hazırlanır.

Bahar Babaşova, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar