Dırnaq yerinə çəkic tutan, saç əvəzinə kərpic hörən... – Usta Təranənin inşaatda ucalan HEKAYƏSİ - VİDEO
1404
Ev təmiri, usta dedikdə əsasən kişilər yada düşür. Amma bu gün hekayəsini danışacağımız usta qadındır. Təranə Mehdiyeva Təranə uşaqlıqdan bu işlə məşğul olmağa başlayıb. Arzusu rəssam olmaq imiş. Amma maddi vəziyyət, dolanmaq dərdi elə gənc yaşlarından onun çiyinlərinə ağır yüklər qoymağa başlayır. Təranə deyir ki, işin ağırlığı ilə yanaşı el qınağı da onu yorub...
Bakupost.az bu mövzuda BTV-nin materialını təqdim edir: