Dövlət çevrilişimə cəhdin iqtisadi, hərbi (hüquq-mühafizə), media, məmur və siyasi ayaqları olur. Ümid edirəm ki, hökumət bunu bilir, Mehdiyevə belə ağır ittiham verilibsə, mütləq bu ayaqlar, Azərbaycandakı xırda, Şimaldakı iribaşa xidmət edən qulbeçələr də üzə çıxacaq.
Bakupost.az xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri Natiq Cəfərli PA-nın sabiq rəhbəri, akademik ramiz Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi maddələri ilə ittiham edilərək, barəsində ev həbsi qətimkan tədbirinin seçilməsi haqda qeyd edib.
“Məni siyasi ayaq maraqlandırır, 30 ildir müxalifət düzəldib gündəmdə saxladığı partiyalar, adamların siyasi səhnəni necə zəhərlədiklərini görmüşük, bu xidmətçilər mütləq üzə çıxmalıdırlar”, - o bildirib.