Ru
01:55 / 24 Noyabr 2023

Dublində silahlı hücum: 3 uşaq və bir qadın xəsarət alıb

Dublində silahlı hücum: 3 uşaq və bir qadın xəsarət alıb
Eye

İrlandiyanın paytaxtı Dublində silahlı hücum olub.

Bakupost.az xəbər verir ki, üç azyaşlı uşaq və bir qadın naməlum kişinin hücumuna məruz qalıb.

Hadisə katolik ibtidai məktəbinin yaxınlığında baş verib. Hücum nəticəsində üç uşaq, 30 yaşlı qadın və cinayətkarın özü müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hamısı Dublinin müxtəlif xəstəxanalarına aparılıb.

Fövqəladə hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Cinayətkar saxlanılıb. Onun motivləri haqqında hələ heç nə məlum deyil.

Silahlı hücumdan sonra Dublinin mərkəzində iğtişaşlar başlayıb.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar