Ru
15:36 / 14 May 2026

Dünya Kubokunda ölümcül təhlükə - Alimlər xəbərdarlıq etdilər

Dünya Kubokunda ölümcül təhlükə - Alimlər xəbərdarlıq etdilər
Eye

Alimlər 2026 FIFA Dünya Kuboku ilə bağlı ciddi xəbərdarlıq ediblər.

Bakupost.az xəbər verir ki, araşdırmaya görə, oyunlar zamanı hava çox isti olacaq və bu, həm futbolçular, həm də azarkeşlər üçün risk yarada bilər.

Mütəxəssislər bildirir ki, iqlim dəyişikliyi səbəbindən temperatur əvvəlki illərlə müqayisədə xeyli artıb. Bu da açıq stadionlarda oyunların keçirilməsini çətinləşdirir və insan sağlamlığı üçün təhlükə yaradır. Onların fikrincə, oyunların təxminən 25 faizi təhlükəli istilik səviyyəsində keçirilə bilər. Bəzi matçlarda isə temperatur daha da yüksələcək və bu hallarda oyunların təxirə salınması tövsiyə olunur.

Xüsusilə Mayami və Kanzas kimi şəhərlərdə risk daha yüksək qiymətləndirilir. Bu stadionların bəzisində soyutma sistemi yoxdur ki, bu da vəziyyəti ağırlaşdırır.

Mütəxəssislər vurğulayır ki, 1994-cü illə müqayisədə vəziyyət xeyli pisləşib. Hətta final oyununun keçiriləcəyi Nyu-Yorkda da istilik riski qalmaqdadır.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar