Rus filosof və politoloq Aleksandr Duqin miqrantlar barədə qalmaqallı açıqlama ilə çıxış edib.
Bakupost.az musavat.com-a istinadən xəbər verir ki, o, Rusiyada yaşayan miqrantlardan bəzilərinin cəmiyyət üçün “ən çox toksik” qruplar hesab edilə biləcəyini deyib.
Duqin xüsusilə azərbaycanlıları, tacikləri və özbəkləri bu siyahıya daxil edib.
Politoloq bildirib ki, əgər hər hansı bir miqrant rus vətəndaşlarına qarşı aqressiya göstərirsə, o, artıq cinayətkar sayılmalıdır. Onun fikrincə, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir:
“Kimlər ki, pravoslavlığı qəbul edir, Rusiyanın dəyərlərini bölüşür və onu müdafiə etməyə hazırdır, onlar artıq miqrant olmaqdan çıxır və rus xalqının bir hissəsinə çevrilir”.
Duqin əlavə edib ki, burada söhbət irqi mənsubiyyətdən deyil, mədəni və mənəvi inteqrasiyadan gedir:
“Bizim dəyərlərimizi bölüşən və onlarla yaşamağa hazır olan hər kəs Rusiya cəmiyyətinə qəbul oluna bilər”.