Ru
10:21 / 14 Aprel 2026

Qələbə rəqsi viral oldu - VİDEO

Qələbə rəqsi viral oldu - VİDEO
Eye

Macarıstanlı siyasətçi Zsolt Heqedusun ölkədə keçirilən parlament seçkilərində tarixi qələbə qazanan “Tisza” partiyasının lideri Peter Madyarın qələbə çıxışından sonra sərgilədiyi enerjili rəqs performansı ilə sosial mediada böyük maraq doğurub.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qələbə mitinqi zamanı səhnəyə çıxan Heqedusun ritmik və sərbəst rəqsi tədbirdə iştirak edənlər tərəfindən alqışlarla qarşılanıb.

Həmin anların videogörüntüləri qısa müddətdə müxtəlif platformalarda yayılaraq viral olub.

İstifadəçilər siyasətçinin qeyri-adi və səmimi davranışını müsbət qarşılayıblar. Bir çoxları bu anları seçki sonrası yaranan pozitiv atmosferin simvolu kimi qiymətləndirib.

Qeyd edək ki, Zsolt Heqedusun yeni hökumətdə səhiyyə naziri vəzifəsini tutacağı gözlənilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar