Biz muğam sinfində oxuyan tələbələr bir-birimizə maraqlı idik. İndi tərsinədir. Əksəriyyəti zəhmətsiz bu yerə çatıb. Onların heç nədən xəbəri yoxdur. Öz yolları var.
Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Afaqla 10lar" verilişində deyib.
Müğənni bayağı mahnı ifaçılarından danışıb. O bildirib ki, indi çoxları sənətə asan yolla gəlir:
"Zəhmət çəkməsən, çətin yolları keçməsən müəyyən şeylərə nail olmaq olmaz. Biz orta məktəbdən mərhələ-mərhələ gəlirik: gimnaziya, musiqi məktəbi, akademiya, Muğam Teatrının, AzTV-nin solisti olmuşam. Onlar bu yolu keçməyiblər. Haradan biləcəklər? Onların öz tamaşaçısı var. O da bizə lazım deyil".