Ru
15:51 / 14 Aprel 2026

Binada partlayış: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb öldü

Binada partlayış: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb öldü
Eye

Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə aprelin 14-də rayonun 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub.

Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.

Hadisə zamanı eyvanda olan digər şəxs isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar