Ru
17:48 / 14 Aprel 2026

Ermənistan Zəngəzur dəhlizinin icrası üçün yeni investorlar axtarır

Ermənistan Zəngəzur dəhlizinin icrası üçün yeni investorlar axtarır
Eye

Ermənistan TRIPP layihəsinə (Zəngəzur dəhlizi – red.) əlavə beynəlxalq investorlar cəlb etməyə çalışır.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Eurasia View nəşri yazıb.

Məlumata görə, İrəvan TRIPP layihəsində iştirakın genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirib.

Ermənistan hakimiyyəti bu nəqliyyat dəhlizini ölkənin gələcək iqtisadi infrastrukturunun əsas elementlərindən biri kimi qiymətləndirir.

Nəşr bildirir ki, ABŞ ilə ikitərəfli razılaşma öz qüvvəsində qalır, lakin layihənin iştirakçı tərkibinin daha geniş olması vacib sayılır.


TRIPP layihəsi Sünik vilayəti (Zəngəzur) ərazisindən keçən 42 kilometrlik marşrutun yaradılmasını nəzərdə tutur. Həmin marşrut Azərbaycanı Naxçıvanla birləşdirəcək və Mərkəzi Asiya ilə Avropa arasında uzanan daha geniş Orta Dəhliz logistika sisteminin bir hissəsinə çevriləcək.


Eurasia View-un məlumatına görə, Ermənistan layihəyə Yaxın Şərq ölkələrinin və Qazaxıstanın cəlb olunması imkanlarını nəzərdən keçirir.

Xüsusilə Astananın nəqliyyat və infrastruktur əlaqələrinin inkişafında iştirakı, eləcə də Ermənistanın tranzit marşrutlarından ticarət zəncirində istifadə məsələsi müzakirə olunur.

Məqalədə ayrıca vurğulanır ki, ABŞ regional böhranlara, o cümlədən İran ətrafındakı vəziyyətə baxmayaraq, layihənin həyata keçirilməsində maraqlı olduğunu və onu prioritet saydığını təsdiqləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar