Ru
17:57 / 14 Aprel 2026

Region ölkələri İT ixracını artırdı - Azərbaycan niyə geri qalır?

Region ölkələri İT ixracını artırdı - Azərbaycan niyə geri qalır?
Eye

"Son illər region ölkələri İT ixracını sürətlə artıraraq milyard dollarlıq hədləri keçiblər.
Cəmi bir neçə ölkənin İT eksport təhlilinə göz gəzdirdim. Çox tələsirlər. Və real da nəticələri var".

Bakupost.az xəbər verir ki, bu fikirləri tanınmış İKT eksperti Osman Gündüz bildirib.

Ekspert region ölkələrində son 5 ildə İT eksportun dinamikasını təqdim edib:


1. Qazaxıstan
2020-ci ildə İT sahəsində eksport 30 milyon $ olub, 2023-də 500 milyon $ olub, hazırda İT eksport 1.2 milyard $ civarındadır.

2. Özbəkistan
2022-ci ildə İT eksport 100 milyon $ olub, hazırda təxminən 1 milyard civarındadır

3. Ermənistan
5 il öncə təxminən 300 milyon $ olub
2025-də 1 milyard $-ı keçib ( Xidmət ixracının 20%-i İT eksportdur)

4. Ukrayna
Çoxdan 1 milyardı keçib
Hazırda İT eksport 5-6 milyard $ həcmindədir

5. Azərbaycan
Bildiyim qədər bu rəqəm 100 milyona yaxındır.
RINN, İRİA daha dəqiq bilər :)

Azərbaycanda da son dövrlərdə rəqəmsal infrastrukturun yenilənməsi, rəqəmsal transformasiya sahəsində dinamika, müsbət addımlar müşahidə olunur. Prezident tərəfindən ciddi tapşırıqlar verilib.
Sektorda dinamikanı, prosesləri sürətləndirmək üçün yeni kordinasiyaedici qurum - Rəqəmsal İnkişaf Şurası formalaşdırılıb, real maliyyə dayaqlarına söykənən Fəaliyyət Planı qəbul edilib.

Lakin çox, hədsiz çox ləngiyirik. Bu gedişlə rəqəbətədavamılılq gələcəkdə daha çətin ola bilər".

O.Gündüzün fikrincə, daha cəld və effektiv qərarlar olmalıdır:

"Real, işlək dəstək mexanizmləri olmalıdır. Biznesi, startapları böyük layihələrə cəlb etmək lazımdır.

Bir daha təəssüflənirəm ki, İRİA-nın İT sektora dəstək sahəsində addımları hələlik qənaətbəxş deyil, proseslər çox ləng gedir.

Elə son günlər DVX tərəfindən açıqlanan "100 ən çox vergi ödəyicisi" siyahısından İT sektordakı vəziyyətin necə olması açıq-aşkar görsənir. Bu siyahının açıqlanmasından sonra hökumət gərək həyəcan təbili çalaydı, cavabdeh qurumlardan hesabat tələb edəydi. Lakin hələlik heç bir tərpəniş müşahidə olunmur.

Ümdi edirəm aidiyyəti qurumlar da mövcud vəziyyətin fərqindədirlər".

Yasəmən, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar