Ru
10:57 / 14 Aprel 2026

Gənc qızlar yolda elə hərəkətlər etdi ki... - VİDEO

Gənc qızlar yolda elə hərəkətlər etdi ki... - VİDEO
Eye

Sosial şəbəkələrdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir neçə gənc qızın motosikletlə təhlükəli hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəsəbənin Əliağa Vahid küçəsində hərəkət edən 3 motosikletin sürücülərinin və sərnişinlərinin motodəbilqə taxmaması, digər hərəkət iştirakçılarına əsassız irad bildirməsi məlum olub.

DİN-in Baş DYP İdarəsindən bildirilib ki, sosial mediada yayılan görüntülərlə bağlı araşdırma aparılır:

“DYP olaraq bir daha motosiklet sürücülərinə müraciət edərək, idarəetmə zamanı yol hərəkəti qaydalarına ciddi riayət olunmasına, mütləq qaydada motodəbilqədən və digər qoruyucu vasitələrdən istifadəyə çağırırıq”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar