Bu ilin aprel ayında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 30 milyon 48,3 min dollar olan 23 min 402,6 ton təzə və ya soyudulmuş pomidor ixrac edib.
Bakupost.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan pomidorun 1 kiloqramının orta gömrük dəyəri 1,28 dollar (2,18 manat) təşkil edib.
Qeyd edək ki, aprel ayında pomidor ən çox Rusiyaya (21 520,3 ton), Gürcüstana (1 201,5 ton) və Belarusa (409 ton), ən az isə Almaniyaya (18,2 ton) və Moldovaya (35,7 ton) ixrac olunub.
Pomidorun aprel ayında ixrac edildiyi ölkələr, ixrac həcmi və 1 kiloqramının orta gömrük dəyəri belə olub:
Rusiya – 21 520,3 ton (2,39 manat);
Gürcüstan – 1 201,5 ton (1,21 manat);
Belarus – 409 ton (4,54 manat);
Ukrayna – 183 ton (1,59 manat);
Moldova – 35,7 ton (2,03 manat);
Polşa – 35 ton (2,42 manat);
Almaniya – 18,2 ton (2,69 manat).
Məlumat üçün bildirək ki, bu ilin aprel ayında Azərbaycanın daxili bazarında 1 kiloqram pomidorun orta pərakəndə satış qiyməti 3,8 manat olub. (Yeniavaz.com)