Ru
12:51 / 16 Dekabr 2019

Ehtiyatda olan general deputat olmaq istəyir

2689
Azərbaycan ordusunun istefada olan hərbi qulluqçusu, general-mayor, keçmiş korpus komandiri Qabil Məmmədov növbədənkənar parlament seçkilərində iştirak edəcək.

BakuPost.az-ın məlumatına görə, bu barədə onun özü “Facebok”da yazıb.


O bildirib ki, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsüylə deputatlığa namizədliyini irəli sürüb:

“Hamınızı salamlayır və qəbul etdiyim mühüm qərarım haqqında Sizləri məlumatlandırmaq istəyirəm. Belə ki, bir çoxlarınızın təkidli xahişini və ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüm. Bu qərar, bəlkə də həyatımda qəbul etdiyim ən məsuliyyətli qərarlardan biridir və onun mənəvi-psixoloji ağırlığını çiyinlərimdə hiss edirəm.

Sabahdan imzatoplama kampaniyasına start verməyi planlaşdırıram. İndiki imzatoplama dönəmində, sonrakı seçkiqabağı təşviqat və seçicilərlə görüş kampaniyasında, mənə dəstək vermək məqsədilə könüllü olaraq iştirak etmək istəyən bütün dostlarımızın təkliflərindən, aktivliyindən və həmrəyliyindən fərəh duyar və məmnun olaram”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər