Ru
10:57 / 14 May 2026

Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE

Ekologiya nazirinin yeni birinci müavini kimdir?  - DOSYE
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

A.Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Bakupost.az Modern.az-a istinadə xəbər verir ki, Ağakərim Səmədzadə bu təyinata qədər uzun müddət Ədliyyə orqanlarında fəaliyyət göstərib.

Belə ki, o, Ədliyyə Nazirliyində İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi vəzifəsində çalışıb.

2015-ci ilin noyabrında Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə təltif edilən vəzifəli şəxslər sırasında A.Səmədzadə də olub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.

Ağakərim Səmədzadə 2024-cü ilin mayında Ədliyyə Nazirliyindəki vəzifəsindən azad edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar