Ru
17:52 / 11 Dekabr 2025

Elçin Quliyev müavininin oğluna vəzifə verdi - FOTO

Elçin Quliyev müavininin oğluna vəzifə verdi - FOTO
Eye

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavini, Atçılıq Federasiyasının vitse-prezidenti, general-leytenant Cavid Abdullayevin oğlu Mirhəmzə Abdullayevə yeni vəzifə verilib.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, bununla bağlı DSX-nin rəisi, Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mirhəmzə Abdullayev DSX hərbi hospitalında şöbə rəisinin müavini təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin maddi-texniki təminat üzrə rəis müavini, general-leytenant Cavid Abdullayevə ikinci vəzifə verərək onu Atçılıq Federasiyasının vitse-prezidenti təyin etmişdi.

Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar