Ru
16:14 / 22 Sentyabr 2021

Əli Kərimlinin mühafizəçisinə 15 il cəza istənildi

2919
Bakı Ağır Cinayətlər Məhkəməsində terroru maliyyələşdirmədə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakupost.az xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Proses sentyabrın 29-da davam edəcək.

Xatırladaq ki, N. Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.
Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    Rədd olsun senzura dalınca qara daş

  • Abdullayev Şahin Əvəzağa

    Mühafizəçiyə 15 il iş istənildi Çox gözəl Dövlətin onurğa sütununu məhv edən MTN general vəzabitləri hamısı bayırdadır Məətəl qalırsan Görəsən niyə Senzur qanunu pozmayın

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər