Ru
02:48 / 27 Yanvar 2020

Əli Məsimli Şəkinin Aşağı Göynük kəndində seçicilərlə görüşdü - FOTO

5008


26 yanvar 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Məsimli Əli Əhməd oğlunun Şəki rayonunun Aşağı Göynük kəndində seçicilərlə görüşü keçirilmişdir. 

Görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri deputatlığa namizədin platformasını qapı-qapı prinsipi ilə kənd sakinlərinə çatdırmışlar.

Daha sonra deputatlığa namizəd Aşağı Göynük kəndində seçicilərlə görüşə qatılmışdır. Görüşdə Aşağı Göynük kəndində yaşayan müxtəlif sosial təbəqələrdən olan 200-yə yaxın seçici iştirak etmişdir. Görüşdə Əli Məsimlinin vəkilləri - pedaqogika elmləri doktoru, professor Firədun İbrahimov, biologiya üzrə fəlsəfə doktoru.dosent Qüdürət Bəkirov çıxış edərək deputatlığa namizədin kimliyi və fəaliyyəti haqqında ətraflı məlumat vermiş və fevralın 9-da hamını seçkilrdə fəal iştiraka dəvət etmişlər.

Vəkillərin çıxışından sonra deputatlığa namizədin vətəndaşları daha çox narahat edən sosial məsələlər və Şəkinin sosial- iqtisadi problemləri ilə əlaqədar parlamentdəki çıxışlarını əks etdirən qısa videoçarx təqdim edilmişdir.

Görüşdə çıxış edən deputatlığa namizəd Məslimli Əli Əhməd oğlu Milli Məclisin deputatı kimi keçən 4 illik fəaliyyəti barədə hesabat verdi. Ona etimad göstəriləcəyi halda hansı yeni qanun layihələrini hazırlayacağı, seçicilərin problemləri ilə bağlı həm Milli Məclis tribunasından, həm də ki, aidiyyatı icra sturukturları qarşısında qaldıracağı məsələlər barədə məlumat verdi. Deputatlığa namizəd bildirdi ki, qaldırılan problemlərin həllinin sürətləndirilməsi islahatlardan və islahatlara Sizin ciddi dəstəyinizdəən keçir.

Deputatlığa namizəd seçicilərin çoxsaylı suallarını cavablandırandan sonra çıxış edənlər Əli Məsimlinin bundan sonra da Milli Məclisdə fəaliyyət göstərməsinin zəruri hesab etdiklərini vurğuldılar.

Maraqlı diskussiya şəraitində keçən görüş xeyli müddət ayaqüstü söhbətlər formasında davam etdirildi.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər