Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığına rəsmi səfər edib.
Bakupost.az xəbər verir ki, səfər zamanı Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Rəşid Təlbi Alami ilə görüş baş tutub. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə müzakirə aparılıb.
Bundan başqa, Emin Əmrullayev bu ölkənin milli təhsil, məktəbəqədər və idman naziri Mohamed Saad Berrada ilə görüşüb, iki ölkə arasında məktəbəqədər və ümumi təhsil, eləcə də STEAM təhsili sahəsində cari əməkdaşlıq və gələcək təşəbbüslər barədə müzakirə aparıb.