Ru
10:19 / 08 İyul 2022

Elməddin Quliyev YAP-dakı vəzifəsindən ayrıldı

Elməddin Quliyev YAP-dakı vəzifəsindən ayrıldı
Eye

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb.


Bakupost.az xəbər verir ki, bu barədə o, özü bildirib.


O vəzifəsindən ayrılmasını səhhətində yaranan müvəqqəti narahatlıqlarla əlaqələndirib:


“Hazırda lazımi prosedurlar qəbul edirəm. Ötən müddət ərzində səlahiyyətim daxilində KİV və İctimaiyyət nümayəndələri ilə səmərəli və işgüzar fəaliyyət göstərməyə çalışdım. Mənə göstərilən yüksək dəstəyə görə Partiyamızın Mərkəzi Aparatının rəhbərliyinə, fədakar kollektivinə, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, şəhər (rayon) təşkilatlarının və YAP Parlament fraksiyasının dəyərli nümayəndələrinə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi daim Partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyevin və Partiyamızın Sədrinin Birinci müavini, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə vətənimizin tərəqqisi və ölkəmizin daha da inkişafı naminə var gücümlə çalışacam. Hər birinizi qaşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, Sizlərə möhkəm can sağlığı xoş günlər arzulayıram. Dərin hörmət və sayğılarla!”.


Qeyd edək ki, telejurnalist Elməddin Quliyev ötən ilin mayından Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2022-ci il yanvarından İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar