Ru
10:30 / 20 May 2026

Elvin “Qarabağ”ın tədbirinə dəvət olunmadı - FOTO

Elvin “Qarabağ”ın tədbirinə dəvət olunmadı - FOTO
Eye

“Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvləri komandanın məşqçi və futbolçu heyəti ilə görüş keçirib. Tədbir mövsümün yekunlarına həsr olunub.

Bakupost.az Unikal.az-a istinadla xəbər verir ki, görüşdə “Qarabağ”ın tarixi uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyi mövsümün yekunları müzakirə olunub. Həmçinin yeni mövsüm və klubun hədəfləri barədə fikirlər bildirilib.

Daxili intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əvəzedici komandaya göndərilən cinah müdafiəçisi Elvin Cəfərquliyev tədbirə dəvət olunmayıb.

Qeyd edək ki, cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 42 matça çıxan Elvin 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, hər iki qola UEFA Çempionlar Liqasında imza atıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar