Ru
14:26 / 24 Fevral 2026

Əməkdar artist Kəmalə Günəşlini parodiya etdi - VİDEO

Əməkdar artist Kəmalə Günəşlini parodiya etdi - VİDEO
Eye

Əməkdar artist Coşqun Rəhimov yenidən parodiyası ilə gündəmə gəlib.

Bakupost.az milli.az-a istinadla xəbər verir ki, tanınmış aktyor bu dəfə müğənni Kəmalə Günəşlini səhnədə canlandıraraq tamaşaçıların diqqətini üzərinə çəkib.

Parodiya "Bu Şəhərdə"nin konsert proqramı çərçivəsində nümayiş olunub. Səhnədə Kəmalə Günəşlinin ifa tərzi və səhnə davranışlarını yumoristik formada təqdim edən Coşqun Rəhimov zalda alqışlarla qarşılanıb.

Xüsusilə konsert günündə göstərilən həmin səhnə sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi parodiyanı uğurlu və maraqlı hesab etsə də, digərləri məsələyə fərqli yanaşıb.

Qeyd edək ki, "Bu Şəhərdə" layihəsi illərdir aktual mövzulara və tanınmış simalara edilən parodiyalarla tamaşaçı marağını qoruyub saxlayır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar