Ru
12:07 / 12 Fevral 2026

Bakıda meyiti tapılan şəxs məmur imiş - Atası da deputat olub - FOTO - YENİLƏNDİ

Bakıda meyiti tapılan şəxs məmur imiş - Atası da deputat olub - FOTO - YENİLƏNDİ
Eye

Dünən Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindəki bağ evində dəm qazından boğularaq ölən 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb.


Bakupost.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, R.Əliyev son illərdə özəl sektorda bir sıra böyük şirkətlərə rəhbərlik edib.


Belə ki, R.Əliyev 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub.


O, daha sonra bizneslə məşğul olmağa başlayıb. “Toyota Bakı Mərkəzi”nin baş direktoru, “İSR Avto”nun direktoru, “İmprotex Motors”un baş meneceri, eləcə də STP-də fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbəri olub. 2025-ci ilin noyabrından isə “IZIA Development” şirkətinin direktoru kimi çalışırmış.


Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. “Qırmızı əmək bayrağı” ordeni və SSRİ medalları ilə təltif edilmiş F.Əliyev 1983-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.


Xəbəri rus dilində oxuyun: Жертва угарного газа в Нардаране оказался известным управленцем


Xatırladaq ki, bağ evində Rəşad Əliyevlə birgə həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva da qazdan zəhərlənib.


R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.


Onu da qeyd edək ki, Rəşad Əliyev məşhur polis zabiti, AFFA-nın keçmiş vitse-prezidenti, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun bacısı oğludur.




***

10:36


Bakıda ər və arvad dəm qazından zəhərlənib.


Bakupost.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Məlumata görə, 1962-ci il təvəllüdlü Raşad Əliyev və arvadı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadığı Nardaran qəsəbəsindəki evdən dəm qazından zəhərləniblər. R.Əliyev hadisə yerində ölüb, arvadı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar