Ru
11:28 / 12 Fevral 2026

Telli Borçalının qardaşının ölümünün təfərrüatı: Həkimi nə deyibmiş?

Telli Borçalının qardaşının ölümünün təfərrüatı: Həkimi nə deyibmiş?
Eye

Atatürk Mərkəzində keçirilən tədbirdəki ifasından cəmi üç dəqiqə sonra ürək çatışmazlığından dünyasını dəyişən məşhur aşıq Ataxan Qurbanovun vəfatı ilə əlaqədar bəzi təfərrüat üzə çıxıb.

Bakupost.az Moderator.az-a istinadla xəbər verir ki, aşıq Zülfiyyə İbadova həmkarını xatırlayaraq, Ataxanın çox qiymətli bir insan olduğunu vurğulayıb:

"O, həyat eşqi ilə dolu bir şəxsiyyət idi. Bu gün onun dəfn mərasimində iştirak etdim. Telli xanımın halı çox pis idi. Məndən soruşurdu ki, "Zülfiyyə, sən bu qədər dərdə necə tab gətirirsən?" Qardaş itkisi həqiqətən də çox ağırdır. İnsan belə anlarda deməyə söz tapa bilmir. Atatürk Mərkəzində son çıxışını tamamlayıb və üç dəqiqədən sonra həyatla vidalaşıb. Bir neçə gün öncə ürək ağrısından şikayətlənmişdi. Həkim isə gələn həftə gəlməsini və angioqrafiya olunmasını məsləhət görmüşdü. Təəssüf ki, gələn həftəyə qədər ömür vəfa etmədi".

Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar