Ru
10:03 / 02 İyun 2026

Ərdoğan ailəsində böyük sevinc: Türkiyə lideri 10-cu dəfə baba oldu

Ərdoğan ailəsində böyük sevinc: Türkiyə lideri 10-cu dəfə baba oldu
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsində növbəti körpə sevinci yaşanır. Dövlət başçısının qızı Sümeyye Ərdoğan Bayraktar və kürəkəni, məşhur "Baykar" şirkətinin rəhbəri Selçuk Bayraktarın üçüncü övladı dünyaya gəlib. Bununla da Ərdoğan 10-cu dəfə babalıq hissini dadıb.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, doğum xəbərini alan Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan dərhal xəstəxanaya yollanıblar. Onlar qızının və yeni doğulmuş nəvəsinin səhhəti ilə maraqlanıb, Bayraktar ailəsini təbrik ediblər.

Qeyd edək ki, Sümeyye və Selçuk Bayraktar cütlüyünün 2017-ci ildə Canan Aybüke, 2024-cü ildə isə Asım Özdemir adlı övladları dünyaya gəlmişdi. Yeni doğulan körpə ailənin üçüncü uşağıdır.

Xanım Səbuhi, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar