Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampla yaxın vaxtlarda danışıqlar aparmasının mümkün olduğunu bəyan edib.
Bakupost.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.
Türkiyə lideri vurğulayıb ki, söhbətin əsas mövzusu siyasətçilərin İstanbulda görüşməsi məsələsi ola bilər.
Xatırladaq ki, Kreml artıq Putinin amerikalı həmkarı ilə mümkün görüşü barədə fikir bildirib. Qeyd edilib ki, hazırda belə bir hazırlıq aparılmır, lakin ehtiyac yarandıqda bu, operativ şəkildə təşkil olunacaq. Həmçinin, Putinin Vaşinqtona səfəri planlaşdırılmır, Tramp isə Moskvaya gəlmək niyyətində deyil.
Lalə,
BakuPost