Kiprin Limasol şəhərində dağıdıcı yanğın baş verib.
Bakupost.az xəbər verir ki, yerli sakinlər hadisə yerindən çəkilmiş videoları “X” sosial şəbəkəsində paylaşıblar.
Kadrlarda alovla əhatə olunmuş dağları və ağacları, həmçinin təbii fəlakətlə mübarizə aparan yanğınsöndürənləri və maşınları görmək olar.
Qeyd edək ki, iyulun 23-ü başlayan yanğın 125 kvadrat kilometrlik ərazini əhatə edib. Yanğın nəticəsində insanların həyatlarını itirdiyi, heyvanların məhv olduğu və azı 114 tikilinin yandığı bildirilir. Son məlumata görə, yanğını söndürmək mümkün olub.