Ru
14:20 / 07 Oktyabr 2025

Ərdoğandan 15 dekabr təklifi

Ərdoğandan 15 dekabr təklifi
Eye

Türkiyə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunmasını təklif edib.

Bakupost.az xəbər verir ki, bu təkliflə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxış edib.

O, oktyabrın 30-dan etibarən Səmərqənddə keçiriləcək UNESCO-nun 43-cü Baş Konfransında bu təklifin səsləndirilməsini tövsiyə edib.

"Macarıstanın müşahidəçi kimi TDT-də iştirakı bizi xoşbəxt edir. Şimali Kipr Prezidenti Ersin Tatarın da aramızda olmasından olduqca şadam. Türk dünyasının Kipr türklərini tək qoymamasını məmnunluqla izləyirəm", - Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Türkmənistanın da yaxın dövrdə TDT-də tamhüquqlu üzv kimi görmək istədiklərini bəyan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar