Ru
22:54 / 25 Noyabr 2025

Bakıda telefonu açanda bu sözü deyirlər, elə bil, İrəvandasan - Video

Bakıda telefonu açanda bu sözü deyirlər, elə bil, İrəvandasan - Video
Eye

"Sülh Körpüsü" (Peace Bridge) təşəbbüsü çərçivəsində 21-22 noyabr tarixlərində Bakıya səfər edən erməni ekspertlərin ölkələrinə qayıtdıqdan sonra mətbuat konfransında Bakı ilə bağlı səsləndirdiyi fikirlər maraqla qarşılanıb.

Bakupost.az xəbər verir ki, Yerevanda mətbuat konfransı zamanı səfəri şərh edən nümayəndə heyəti iki xalq və ölkələr arasındakı təəccüblü oxşarlıqlardan danışıb.

Erməni ekspertlər oxşarlıqları vurğulayarkən Bakıda, ya İrəvanda olduqlarını unutduqlarını qeyd ediblər:

"Ən çox yayılan və hamımızda olan şey o idi ki, telefonda danışanda, ya da zəngə cavab verəndə "hə, brat" deyirlər. Bax o "hə, brat"ı elə deyirlər, həmin anda sənə elə gəlir ki, ermənicə danışırlar. Bu baxımdan o qədər oxşarlıq var ki, hətta çox təəccüblü gəlirdi", - QHT rəhbəri Areq Koçinyan bildirib.

Daha ətraflı videoda:

Qeyd edək ki, beş nəfərdən ibarət nümayəndə heyəti 21-22 noyabr tarixlərində Bakıda vasitəçisiz dialoq formatında görüşlər keçiriblər.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar