Ru
09:19 / 04 Noyabr 2019

Ermənilər Kəlbəcərdə qaz vurub, qazan doldurdu - 55 milyon qazanc...

2965
Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz "maliyyə qurumu” 2019-cu ilin yanvar-sentyabr aylarında 300 ən böyük vergi ödəyicisini müəyyən edib.

BakuPost.az Moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, həmin ödəyicilər Azərbaycan torpaqlarının yeraltı-yerüstü sərvətləri hesabına separatçı rejim büdcəsinə ümumilikdə 34 milyard 72 milyon 600 min dram (təxm. 122 miilyon AZN) ödəyiblər. Ən böyük 3 vergi ödəyicisi isə "Base metals” şirkəti, "Artsaxbank” və "Karabaxtelekom” qanunsuz mobil operatorudur.


Əsasən Azərbaycanın Kəlbəcər rayonu ərazisində (Heyvalı, Mehmana və s. kəndləri) qızıl, mis, molibden və s. qiymətli metal yataqlarının qanunsuz istismarıyla məşğul olan "Base metals” şirkəti isə vergi ödənilməsinə görə 1-ci yerdədir. Həmin qanunsuz qurum separatçı rejim büdcəsinə 15 milyard 369 milyon 500 min dram(təxm. 55 milyon AZN) ödəyib...

Bu, hələ Qarabağ, o cümlədən Kəlbəcər ərazisində fəaliyyət göstərən yalnız bir dağ-mədən şirkətinin ödədiyidir...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər