Ru
16:30 / 02 Oktyabr 2025

Ermənistan parlamenti Azərbaycanla sülhə dair bəyanat qəbul etdi

Ermənistan parlamenti Azərbaycanla sülhə dair bəyanat qəbul etdi
Eye

Ermənistan parlamenti növbədənkənar sessiyada “Ermənistanla Azərbaycan arasında sülhün bərqərar edilməsi haqqında” bəyanat layihəsini qəbul edib.

Bakupost.az xəbər verir ki, hakim “Mülki Müqavilə” fraksiyasının hazırladığı bəyanatda avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı sənədlərin əsas tezisləri öz əksini tapıb.

Parlament bu bəyanatla Ermənistan və Azərbaycan ictimaiyyətini, eləcə də siyasi, ekspert və mədəni dairələri münaqişəni alovlandıran diskurs və hərəkətlərdən çəkinməyə çağırıb.

Müxalifət deputatları səsverməyə qatılmayıb və iclas zalını tərk ediblər.

Zaur,BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar