Ru
18:01 / 04 Dekabr 2020

Ermənistanda diplomatlar da Paşinyanın istefasını tələb etdi

Ermənistanda diplomatlar da Paşinyanın istefasını tələb etdi
Eye


Ermənistanda diplomatlar baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Ermənistan mətbuatının yazdığına görə, bir qrup erməni diplomat birgə bəyanatla çıxış edib.

Bəyanatda Paşinyan və komandasının xarici siyasəti sərt tənqid olunub. Ermənistanın İran, Gürcüstan və Çinlə münasibətlərinin inkişaf etdirilməməsi pislənib. Ölkənin düşdüyü ağır vəziyyətə, müharibə dövründə Ermənistanın beynəlxalq birlikdən dəstək ala bilməməsinə və təklənməsinə görə Paşinyanın məsuliyyət daşıdığı vurğulanan bəyanatda həmçinin onun istefası qəti tələb kimi öz əksini tapıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar