Ru
16:08 / 17 Yanvar 2026

Ermənistanda İran əleyhinə aksiya: saxlanılanlar var - FOTO

Ermənistanda İran əleyhinə aksiya: saxlanılanlar var - FOTO
Eye

Ermənistanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı polis iştirakçıların Göy məscid istiqamətində yürüşünə icazə verməyib.

Bakupost.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.

Aksiya iştirakçıları bildiriblər ki, mitinq və yürüş 15 yanvar tarixli meriya qərarı ilə razılaşdırılıb. Onların sözlərinə görə, yürüşün bir hissəsi dünən İran səfirinin “təhdidləri”ndən sonra ləğv edilib.

Buna etiraz olaraq iştirakçılar oturaq etiraz aksiyasına başlayıblar. Polis aksiyanın dayandırılmasını tələb edib, güc və xüsusi vasitələrdən istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə açıqlamasında bildirib ki, İran İslam Respublikasının səfirliyi qarşısında keçirilən etiraz aksiyası razılaşdırılmayıb.

Bildirilib ki, diplomatik nümayəndəlik ərazisində ictimai asayiş polis qüvvələri tərəfindən təmin edilib.

Nazirlik qeyd edib ki, yürüşün keçirilməsinə icazə verilməyib, bu səbəbdən onun təşkili qadağan olunub.

Məlumata görə, tədbir zamanı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa görə 7 nəfər inzibati qaydada saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar