Ru
18:59 / 17 Avqust 2024

Ermənistanda Qərbi Nil virusu yayılıb, ölən var

Ermənistanda Qərbi Nil virusu yayılıb, ölən var
Eye

Ermənistanda yayılan Qərbi Nil virusuna 20 nəfər yoluxub, bir nəfər isə ölüb.

Bakupost.az yerli mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Xəstəliklərə Nəzarət və Xəstəliklərlə Bağlı Xəbərdarlıq üzrə Mərkəzinin direktoru Sergey Çaxmaxyan deyib.

Bildirib ki, xəstəlik uzun müddətdir mövcuddur. Virus son zamanlar qlqlobal istiləşmə səbəbindən daha geniş yayılıb.

O əlavə edib ki, bu qızdırmanın daşıyıcıları Afrikadan (o cümlədən Ermənistan ərazisinə) mövsümi miqrasiyadan qayıdan quşlardır. Virus ağcaqanadlara quşlardan yayılır. Hansı növ ağcaqanadların xəstəliyin daşıyıcısı ola biləcəyi hələ tam aydın deyil.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar