Paytaxtın Suraxanı rayonu, Aeroport şosesində sürücülərə qarşı yeni dələduzluq növü ilə bağlı iddialar yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi paylaşım edib.
Onun sözlərinə görə, bəzi şəxslər yol kənarında dayanaraq digər sürücülərə yaxınlaşır, əsgər yola salmağa gəldiklərini deyib onlardan 1-2 litr benzin istəyirlər.
“Sürücü razılaşdığı halda həmin şəxslər şlanq vasitəsilə yanacaq çəkməyə başlayır və təxminən 10 litr benzin götürürlər. Sonra deyirlər ki, əsgər yola salmağa gəlmişik, bəlkə 10-15 manat pulunuz olar?” – deyə paylaşımda bildirilib.
Lalə