Ru
13:24 / 15 İyun 2026

Əsli və Kərəmin məqbərəsi bərpa olunacaq - VİDEO

Əsli və Kərəmin məqbərəsi bərpa olunacaq - VİDEO
Eye

Təbriz Bələdiyyəsi Əsli və Kərəmin məqbərəsini bərpa etmək qərarına gəlib.

Bakupost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, adları əfsanəyə çevrilmiş və folklor nümunəsinin adında həkk olunmuş bu iki aşiqə aid edilən qəbirlər Təbrizin Qaraməlik rayonunda (Axmaqaya məhəlləsi) Pir Həsən məzarlığının yanında yerləşir.

Pir Həsən (yaxud “Qız-Oğlan”) məzarlığı uzun müddətdir yerli əhali üçün müqəddəs sayılır və ziyarət yeri kimi tanınır.

Təbriz Bələdiyyəsi bu tarixi türbənin ətrafındakı torpaqların alınmasını başa çatdırıb və məhəllədə parkı və mədəniyyət kompleksinin tikilməsi layihəsi mövcuddur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar