Ru
08:33 / 06 Avqust 2020

"Facebook" öz "TikTok"unu yaratdı - Çinə rəqib

4281
"Facebook" "İnstagram"ın bazasında "TikTok"un analoqunu işə salır.

"BakuPost"un məlumatına yeni xidmət "Instagram Reels" adlanacaq və qısa əyləncəli videolar yükləməyə imkan verəcək .

"Bu gün biz qısa əyləncəli videoların çəkilməsi və yerləşdirilməsi üçün "Instagram Reels"i təqdim edirik", deyə Amerikanın "Facebook" şirkətinin açıqlamasında qeyd edilir.

15 saniyəlik video çəkmək üçün "İnsragram" tədbiqində kameranı açmaq və aşağı paneldən müvafiq funksiyanı seçmək kifayətdir. Müəllif videomontajın müxtəlif üsullarından, eləcə də yaddaşda olan musiqi parçalarından istifadə edə bilər. Öz səsi ilə də video çəkmək imkanı var.

Xatırladaq ki, ABŞ uzun müddətdir Çinin istehsalı olan "TikTok" şəbəkəsinin fəaliyyətini ölkədə dayandırmaq istəyir. Bu barədə prezident Donald Tramp da çıxışlarında bildiirb.

"TikTok" istifadəçi məlumatlarını Çin hökumətinə ötürməkdə ittiham edilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər