Ru
21:16 / 28 Yanvar 2021

Fərman İsmayılovu öldürən dəniz quldurları ilə əlaqə quruldu FOTO

Fərman İsmayılovu öldürən dəniz quldurları ilə əlaqə quruldu  FOTO
Eye

Türkiyə şirkətinə məxsus “Mozart” konteyner gəmisinin Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən 15 dənizçisi ilə əlaqə yaradılıb.


“BakuPost” xəbər verir ki, bu barədə “Boden” dənizçilik şirkəti məlumat yayıb. Bildirilib ki, 15 nəfər heyət üzvünün hamısının səhhəti yaxşıdır, xəsarət almayıblar və bir yerdədirlər.


“Hamımıza keçmiş olsun. Gəminin kapitanı və digər şəxslərlə danışaraq bütün dənizçilərin səhhətinin qaydasında olması təsdiqləndi. Mən şəxsən danışmasam da, məsul şəxslər 15 dənizçi ilə təkbətək görüşüb və ailələrinə xəbər verilib”, - deyə “Boden”in baş direktoru Levent Karsan bildirib.


Xatırladaq ki, yanvarın 23-də Qvineya körfəzində “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar