Ru
10:07 / 21 Noyabr 2019

Fərman Salmanov adına təqaüdün verilməsi barədə - Baş Nazirdən QƏRAR

1830
Baş Nazir Əli Əsədov “Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası”nı təsdiq edib.


BakuPost xəbər verir ki, qərar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Fərman Salmanov adına təqaüd”ün verilməsi qaydasını müəyyən edir.

Təqaüd ADNSU-da təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələrin stimullaşdırılması və onlara maddi yardımın göstərilməsi məqsədilə verilir. Universitetdə bakalavriat səviyyəsində əyani təhsil alan və bu Qaydaya müvafiq olaraq keçirilən müsabiqənin qalibi elan olunmuş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər təqaüd almaq hüququna malikdirlər.

Təqaüd bir tədris ili müddətinə təyin edilir, təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər.

Müsabiqədə iştiraka aşağıdakı meyarlara cavab verən tələbələr buraxılırlar:

- ali təhsil müəssisəsinə qəbul zamanı 600-dən yuxarı bal toplayan;

son iki tədris ilinin yekunlarına görə ümumi orta müvəffəqiyyət göstəricisi 91-100 olan;

- ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan.

Qaliblərin müəyyən edilməsi barədə ekspert komissiyasının qərarı onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər