Ru
19:19 / 09 Fevral 2026

Fevralın 9‑da bu bayram qeyd olunur

Fevralın 9‑da bu bayram qeyd olunur
Eye

Azərbaycanda fevralın 9‑u Xıdır Nəbi bayramı qeyd olunur.

Bakupost.az Metbuat.az-a istinadla xəbər verir ki, “Xıdır Nəbi” bayramı xalqın qədim adət‑ənənələrinə əsaslanan, yazın gəlişini müjdələyən mövsüm mərasimidir. Bayram adətən fevralın 9‑u və 10‑u, bəzi yerlərdə isə fevralın 14‑ü və 15‑i — Xızır İlyasın doğulduğu gün qeyd olunur. Bu dövr həmçinin fevralın 1‑dən 20‑yə kimi davam edən kiçik çillə dövrünə təsadüf edir.

Bayram xalq arasında Xıdır Nəbi, Xızır İlyas, Xızır və Xıdır kimi mifik obraz adları ilə bağlıdır. İnanca görə, Xızır çətin anlarda insanlara kömək edən himayəçi obrazdır və bayram zamanı insanlar bolluq, bərəkət və ruzi arzulayırlar.

Ənənəyə görə, bayram günlərində ailələrdə qovurğa və qovut kimi milli yeməklər hazırlanır, paylanır və qonşular arasında paylaşılır. Mərasim həm də qışın sərt günlərindən çıxıb yazın gəlişinə hazırlaşmanı simvolizə edir.

“Xıdır Nəbi” bayramı əsasən Naxçıvan, Tovuz, Qazax və digər bölgələrdə qeyd olunur və Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaşadan ənənələrdən biridir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar