Finlandiya və Polşa düşmən tanklarının və digər ağır texnikaların irəliləməsini qeyri-mümkün etmək üçün öz sərhədlərini bataqlığa çevirməyi planlaşdırırlar.
Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mail" ölkələrin Müdafiə nazirliklərinə istinadən məlumat yayıb.
"Avropa ölkələri sərhədləri müdafiə bataqlığına çevirir və böhrana hazırlaşmaq üçün ərzaq, su və dərman kimi zəruri malları ehtiyata yığır", - deyə materialda qeyd olunub.
Avropa İttifaqının bununla Rusiya ilə hərbi əməliyyatlara hazırlaşdığı bildirilib.
Məqalənin müəllifi vurğulayıb ki, Brüssel bundan əvvəl ehtiyatların yığılması strategiyasına başlayıb və bütün sakinlərə evlərində üçgünlük ərzaq, dərman və su ehtiyatının mövcud olmasını tövsiyə edib.