Ru
08:55 / 19 Sentyabr 2025

"Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürür

"Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürür
Eye

"Formula-1" üzrə Azərbaycan Qran-prisi başlayır.


Bakupost.az xəbər verir ki, bu gün Bakı sayca 9-cu yarışa ev sahibliyi edəcək.

Əvvəlcə saat 10:00-da "Formula-2" kateqoriyasında sərbəst yürüş baş tutacaq. Daha sonra 12:30-da "Formula-1" kateqoriyasında ilk sərbəst yürüş, 14:00-da "Formula-2" kateqoriyasında sıralama turu, ardınca isə 16:00-da "Formula-1" kateqoriyasında ikinci sərbəst yürüş başlayacaq.

Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi üç gün davam edəcək. Sentyabrın 20-də "Formula-1" üzrə sərbəst yürüşlər, "Formula-2" üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar