“Ermənistan” blokundan olan deputat, parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü Armen Gevorkyan oktyabrın 8-11-i tarixlərində Türkiyənin Qaziantep şəhərində səfərdə olacaq.
Bakupost.az xəbər verir ki, Gevorkyan AŞPA-nın Sağlam Ətraf Mühit Naminə Parlamentarilər Şəbəkəsinin növbəti iclasında və AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin Avropa mükafatı üzrə Alt Komitəsinin işində iştirak etmək üçün Qaziantepə gedəcək.