21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
Bakupost.az xəbər gerir ki, 21 yaşlı müdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.
Qeyd edək ki, Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.