“Qarabağ” yeni transferini reallaşdırıb.
Bakupost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubla 29 yaşlı hücumçu Ramil Şeydayev arasında 1 illik müqavilə imzalanıb. Şeydayev “Qarabağ”da 77 nömrəli forma ilə çıxış edəcək.
O, daha öncə “Neftçi”dən azad agent kimi ayrılmışdı. 29 yaşlı oyunçu ötən mövsüm 31 oyuna çıxaraq 4 qol vurub.
Qeyd edək ki, Ramil Şeydayev Ağdam klubunda 2017-2018-ci və 2021-2023-cü illərdə də çıxış edib.