Ru
10:23 / 19 Sentyabr 2025

Fransa Fələstini tanıyarsa İsrail sərt cavab verəcək

Fransa Fələstini tanıyarsa İsrail sərt cavab verəcək
Eye

İsrail Fransanın Fələstini dövlət kimi tanıyacağı halda buna sərt cavab verməyə hazırlaşır.

Bakupost.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Nəşr Avropa rəsmilərinə istinadən bildirir ki, İsrail bir neçə mümkün cavab variantını nəzərdən keçirir. Bunlara aşağıdakılar daxildir:

İordan çayının qərb sahilinin ilhaqının sürətləndirilməsi;

İsrailin Qüds şəhərində yerləşən Fransız konsulluğunun bağlanması;

İsraildəki Fransa obyektlərinə qarşı tədbirlər, məsələn, xristian zəvvarların ziyarət etdiyi müqəddəs Eleona məbədinə müdaxilə.

İsrail bu addımlarla göstərmək istəyir ki, Fələstin məsələsində beynəlxalq təzyiqlərə boyun əyməyəcək. Fransanın Yaxın Şərq üzrə keçmiş səfiri Karim Amellal isə bildirib ki, Fransa və İsrail arasındakı münasibətlər ciddi şəkildə pisləşə bilər, xüsusilə də bu vəziyyətə görə Fransa Prezidenti Emmanuel Makron tənqid olunur.

Qeyd edək ki, sentyabrın 22-də Fransa BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanımağı planlaşdırır.

Aysel,
Bakupost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar