Ru
08:22 / 19 Sentyabr 2025

ÇL-də I tura yekun vurulub - "Galatasaray" böyük hesabla məğlub olub

ÇL-də I tura yekun vurulub - "Galatasaray" böyük hesabla məğlub olub
Eye

UEFA Çempionlar Liqasının əsas mərhələsində I tura 6 oyunla yekun vurulub.

Bakupost.az xəbər verir ki, "Qarabağ"ın rəqiblərindən "Napoli" səfərdə "Mançester Siti"yə 0:2 hesabı ilə məğlub olub.

Ağdam təmsilçisinin digər rəqibi "Kopenhagen" evdə "Bayer 04" kollektivi ilə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib - 2:2.

Cari mövsüm qitənin ən nüfuzlu klub turnirində "köhlən atlar"la üz-üzə gələcək komandalardan "Ayntraxt" isə "Qalatasaray"ı 5:1 hesabı ilə üstələyib.

18 sentyabr

"Brügge" (Belçika) - "Monako" (Fransa) - 4:1

"Kopenhagen" (Danimarka) - "Bayer 04" (Almaniya) – 2:2

"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) – 2:0

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə) – 5:1

"Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) – 4:1

"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) – 1:2

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar