Ru
20:22 / 24 İyul 2025

Fransadan Azərbaycana qarşı növbəti həyasız - Qərar

Fransadan Azərbaycana qarşı növbəti həyasız - Qərar
Eye

Fransa Milli Assambleyası, hökuməti və Avropa İttifaqını Azərbaycan üzərinə təzyiqi artırmağa çağıran bir qətnamə yayılıb.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bu qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Martendir.

Qətnamədə qeyd olunur ki, Fransa – Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi – regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir. Bu kontekstdə, demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanır.

Qətnamədə Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin (əslində terrorçuların-red.) dərhal azad olunması tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir. Sənəddə Azərbaycna dövləti ilə bağlı bu mənada əsassız iftira da irəli sürülüb.

Fransa parlamentində təqdim olunan qətnamədə Fransa hökuməti və Avropa İttifaqını Ermənistana dəstək məqsədilə Azərbaycan üzərinə təzyiqi artırılması çağırışı yer alıb

Şərhlər
  • B.Kolxozdar

    İranın Qafqazda Bütöv Azərbaycan şahlığı təxminin cənubdan çəkilməsi ilə Urmiyadan Rusiya kilsələrinə köç edən Qrekori(an)lərə *erməni* adı verməklə İrəvan xanlığının (uyezdinin) Eçmiadzin qəsəbəsində saxlayıb, dini (katolik) muxtarlığı bəyan edib. Evsizlərinə böyük Qafqazın ərazisində boş qalmış istədikləri ev-mülklərdə məskunlaşdırıb, fərqli-silahdaşıma hüququ da verib? Sonradan 1918ci ildə bəyan edilmiş Ermənistana və 1920-22ci, sonrakı SSRİ illərində də Azərbaycan ərazisindən verilib? Buna baxmayaraq Ermənistan və emissarların dəstəyi ilə 1987ci ilin fevralından deporta-əks, ya əlavə hərbi (366cı alayla) Dəstəklə 20 min ailədən ibarət əski DQMV sovetliyinin millətçilərini azərbaycanlılara və Azərbaycana qarşı hərbi *Miatsum!* genosidinə qaldırıb? İlk *münaqişə*də on bir mindən çox, Atəşkəs önü mübarizədə daha 3900 azərbaycanlı kütləvi məhv-yox edilib? BMT TŞnın həlli üzrə Qarabağı tərk etməyən erməni silahlıları əski DQMVdən ilkən terroriz etdikləri üç yüz mindən çox ailəyə əlavə daha üç mindən çox günahsız azərbaycanlıları məhv ediblər. Ümumən 22 mindən çox günahsız mülki vətəndaşları kütləvi hərbi genosidi və yarım milyondan çox azərbaycanlı ailələrinin öz doğma ev-mülklərindən deport və terror CİNAYƏTlərini elə Ermənistan, Fransa, BMT TŞ və Azərbaycan məhkəmələri ilə birgə mühakimə edək-Kimsə təsadüfən-cinayətsiz iştirakçı olubsa, azadlığına çalışaq? Lütfən, özünüz-Fransa *Zakon, est zakon!* filmini təkrar geniş qanlı əski DQMV üzrə yenidən canlandırın.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar