Ru
18:32 / 28 Noyabr 2025

Fransada yuxarı sinif şagirdlərinə mobil telefon qadağan edilir

Fransada yuxarı sinif şagirdlərinə mobil telefon qadağan edilir
Eye

Fransada 2026-cı ilin sentyabrından orta məktəblərin yuxarı siniflərində şagirdlərin mobil telefondan istifadəsinə qadağa qoyulacağı gözlənilir.

Bakupost.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

"Biz mobil telefonları orta məktəbdə qadağan etdik. Növbəti tədris ilindən etibarən biz onlardan yuxarı siniflərdə də imtina etmək istəyirik", - deyə Makron bildirib.

Dövlət başçısının sözlərinə görə, gənc fransızların sosial şəbəkələrə aludəçiliyi onların psixi sağlamlığına mənfi təsir göstərir.

2025-ci ilin sentyabrından etibarən respublikanın bütün orta məktəblərində "rəqəmsal fasilə" adlanan qaydalar tətbiq edilir. Bu təhsil müəssisələrində şagirdlər tərəfindən telefonların istifadəsi tamamilə qadağandır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar