Müğənni Şəbnəm Tovuzlu ən böyük arzusunu açıqlayıb.
Bakupost.az Yenisabah-a istinadla xəbər verir ki, "Günə uğurla" verilişində qonaq olan ifaçı uşaq vaxtı itirdiyi anası haqqında danışıb.
Müğənni bildirib ki, onu anasının xalası böyüdüb:
"Balaca olanda anamın xalasını görüb, ona "ana" demişəm. Tərxanım xanım sonsuz olub, atam Ələddinlə birlikdə məni böyüdüblər. 15 yaşım olanda bilmişəm ki, doğma atam və anam deyillər. Allah atama ömür versin, gözəl insandır.
Ən böyük arzum əsl anamın yuxuma gəlməkdir. Onun üzünü heç görməmişəm. Ömrümün sonunda belə olsa, onu bir dəfə görmək istəyirəm. Nənələrim, xalalarım yuxuma gəlir, yox. Onu heç olmasa yuxuda görüm. Bəlkə, simasını xatırlamıram, ona görə də gəlmir".